İpoteka (ipoteka krediti)

İpoteka krediti - yaşayış sahəsinin (fərdi mənzil və ya evin) alınması məqsədilə bank tərəfindən daşınmaz əmlakın girovu ilə təmin olunması şərtilə verilən uzunmüddətli kreditdir. İpoteka krediti müəyyən məbləğdə ilkin ödəniş həyata keçirilməklə istənilən yaşayış sahəsinin alınmasını mümkün edir. İpoteka kreditinin əsas səmərəliliyi - lazımi pul vəsaitini yığmadan daşınmaz əmlak almaq imkanıdır.

İpotekanın (ipoteka kreditinin) üstünlükləri:

• Pul yığmağa ehtiyac yoxdur - öz mənzilinizi və ya evinizi artıq dərhal ala bilərsiniz;
• Siz dərhal ipoteka krediti ilə aldığınız daşınmaz əmlakın mülkiyyətçisi olursunuz;
• İpoteka krediti ilə aldığınız daşınmaz əmlakın dəyəri həmişə artacaqdır;
• Siz vaxtınıza qənaət edirsiniz;
• İnflyasiyanın səviyyəsi Sizi narahat etmir - ipoteka krediti uzun müddətə verilir, lakin aylıq ödənişlər dəyişməz olaraq qalır;
• Sizi təminatınızdan əmin olursununz - ipoteka krediti Sizə pulunuzun kira üçün digər şəxslərə deyil, öz şəxsi mənzilinizə yönəltməyinizə kömək edir;
• Siz mənfəət əldə edirsiniz - daşınmaz əmlak hər zaman öz artan dəyərində qalır.

 

 


Kredit almaqda müsbət nəticə zəmanəti

Mənzil almaq üçün illik 15%-dən başlayan faiz dərəcəli manat ilə ipoteka kreditləri. Krediti bütün qiymətləndirmə prosesləri tam başa çatdıqdan sonra cəmi bir neçə gün ərzində almaq mümkündür.

Bank Standard ipoteka proqramlarının üstünlükləri və xüsusi təkliflərimiz barədə geniş məlumat burada. İpoteka kreditinin məbləğini və ödəmə cədvəlini ipoteka hesablayıcısından istifadə edərə.